Almaniya və Ukrayna yeni hava hücumundan müdafiə sistemləri hazırlayır
Almaniya və Ukrayna yeni nəsil hava hücumundan müdafiə (HHM) sistemlərinin birgə hazırlanması barədə razılaşma imzalayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Layihənin məqsədi Rusiya ballistik raketlərinə qarşı daha effektiv müdafiə vasitələrinin yaradılmasıdır.
Boris Pistorius bildirib ki, layihə artıq geniş dəstək qazanıb və Almaniyanın yeddi müdafiə şirkəti bu layihədə iştirak etməyə maraq göstərib.
“Ramştayn” formatında keçirilən görüşdə Pistorius Ukrayna hərbi sənayesinin hazırda göstərdiyi yüksək innovasiya səviyyəsini xüsusilə qeyd edib.
21:22 18.06.2026
Oxunuş sayı: 42