Karapetyan: Rusiya Ermənistan məhsullarına məhdudiyyəti ləğv etməlidir
Erməni iş adamı Samvel Karapetyan bildirib ki, yaradılacaq müxalifət koordinasiya şurası Rusiya hökumətinə müraciət edərək Ermənistan məhsullarının idxalına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını xahiş edəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu addım iki ölkə arasında iqtisadi münasibətlərin yaxşılaşdırılmasına və ticarət maneələrinin aradan qaldırılmasına yönəlib.
20:36 18.06.2026
Oxunuş sayı: 47