Britaniya Ukraynanın dron arsenalını gücləndirir
Böyük Britaniya Ukraynaya təxminən 996 milyon dollar dəyərində yeni yardım paketi ayırdığını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir kiŞ paketə müxtəlif növ 150 min pilotsuz uçuş aparatı (PUA) daxildir. Yardım çərçivəsində nəzərdə tutulan tədarüklərin bir hissəsinə artıq başlanılıb, əsas çatdırılmalar isə 2026-cı il ərzində həyata keçiriləcək.
Bu barədə Reuters agentliyi məlumat yayıb. Yardım paketi Ukraynanın müdafiə imkanlarının gücləndirilməsinə və ölkənin hərbi ehtiyaclarının qarşılanmasına yönəlib.
18:48 18.06.2026
Oxunuş sayı: 44