Tbilisidən diqqətçəkən açıqlama: Suverenliyimizi belə qoruduq
Gürcüstanın xarici işlər naziri və baş nazirin müavini Maka Boçorişvili bəyan edib ki, ölkə rəhbərliyinin Rusiya ilə hərbi qarşıdurmaya qoşulmamaq qərarı Gürcüstanın dövlətçiliyinin və suverenliyinin qorunmasına imkan verib.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, Boçorişvili Gürcüstanın münaqişəyə cəlb edilməsinin ölkə üçün ağır nəticələr doğura biləcəyini bildirib.
Onun sözlərinə görə, Tbilisi hərbi əməliyyatlara qoşulsaydı, bu gün ölkənin taleyi tamamilə fərqli ola bilərdi və hətta Gürcüstanın mövcudluğu təhlükə altına düşə bilərdi.
Nazir vurğulayıb ki, hakimiyyət müəyyən Qərb dairələrinin gözləntilərinə baxmayaraq, xarici təzyiqlərə boyun əyməmək qərarı verib.
Boçorişvili əlavə edib ki, bəzi qüvvələr üçün Gürcüstanın bu qarşıdurmada ona ayrılmış rolu qəbul etməməsi və neytral mövqe tutması ilə barışmaq çətin olub.
16:05 18.06.2026
Oxunuş sayı: 47