Şəhər sakinləri DÇ-də hansı komandanı dəstəkləyir?
Futbol dünyasının ən böyük hadisəsi hesab olunan 2026 Dünya Çempionatı bu il əvvəlkilərdən fərqli olaraq daha böyük miqyas, daha çox komanda və daha geniş coğrafiya ilə azarkeşlərin diqqət mərkəzindədir. İlk dəfə olaraq üç ölkənin – ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialda 48 komanda mübarizə aparır. Bu, turnirə marağı daha da artırır.
Crossmedia.az futbol atmosferinin cəmiyyətdə necə qarşılandığını öyrənmək məqsədilə şəhər sakinləri arasında sorğu keçirib:

Şəhər sakini Rinad Mirzəyev: "Fransa millisinin qalib gələcəyini düşünürəm. Elə dəstəklədiyim komanda da Fransa millisidir. Çünki o komandada çox güclü oyunçular oynayır".

Şəhər sakini Altun Xancanlı: "Dünya çempionatında Portuqaliya komandasının qalib gələcəyini düşünürəm. Çünki o komandada Kristiano Ronaldo oynayır. Onun qalib gəlməsini istəyirəm. Güclü komandadır. Düşünürəm ki, qalib gələcəklər".

Şəhər sakini Ramin Məmmədov: "Portuqaliya komandasının qalib gələcəyini düşünürəm. Əsasən Kristiano Ronaldoya görə. Qalib olub sezonu əfsanə kimi yekunlaşdırmağını çox istəyirəm"

Şəhər sakini Emil Süleymanov: "Almaniya komandasının qalib gələcəyini düşünürəm. Çünki komanda oyununda Almaniya güclüdür".

Şəhər sakini Orxan Kərimli: "Qalib gələcək komanda, məncə, Fransadır. Çünki hücum xətti, yarımmüdafiə xətti demək olar ki, super vəziyyətdədir. Amma qardaş ölkə Özbəkistan milliisini dəstəkləyəcəm".
Ayhan Ağarzayev
Ayxan İbişov
12:52 17.06.2026
Oxunuş sayı: 80