YUNESKO sülhün təşviqi üçün Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
YUNESKO-nun direktoru Xalid əl-Ənani Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşüb və əməkdaşlıq müzakirə edilib.
Crossmedia.az xəbər verir ki, əl-Ənani bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşməyimə şadam", - o bildirib.
Görüşdə YUNESKO ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib: "O cümlədən mədəniyyətlərarası dialoqun, sülhün və dayanıqlı inkişafın möhkəmləndirilməsində mədəniyyətin rolunu müzakirə etdik.
YUNESKO insanların rifahı naminə mədəniyyətin, dialoqun və sülhün təşviqi üçün Azərbaycanla əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir".
21:00 16.06.2026
Oxunuş sayı: 47