“Zirə”nin Avropa yolunda ilk rəqibi müəyyənləşdi
UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi “Zirə”nin rəqibi müəyyənləşib.
Bakı klubu püşk zamanı səpələnmişlər səbətində yer alıb. Komanda ilk raundda "Torpedo" (Kutaisi, Gürcüstan) ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin matçları iyulun 9-u və 16-da keçiriləcək.
20:56 16.06.2026
Oxunuş sayı: 45