İran XİN rəsmisi: ABŞ-nin dəniz blokadasının aradan qaldırılması başlayıb
ABŞ tərəfindən İrana qarşı tətbiq olunan dəniz blokadasının aradan qaldırılması prosesi artıq praktik mərhələyə keçib.
Crossmedia.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi açıqlama verib.
“İrana qarşı dəniz blokadasının ləğvi başlayıb və bu proses artıq praktiki müstəviyə keçib”, – deyə Təxt-Rəvançi bildirib.
Açıqlama ABŞ və İran arasında əldə olunduğu bildirilən razılaşma fonunda verilib. Daha əvvəl tərəflər arasında vasitəçilərin iştirakı ilə aparılan danışıqlar nəticəsində hərbi əməliyyatların dayandırılması və dəniz məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı anlaşmanın əldə olunduğu barədə məlumat yayılmışdı.
Rəsmi Tehran hesab edir ki, blokadanın ləğvinin praktik şəkildə icrasına başlanılması iki ölkə arasında gərginliyin azaldılması istiqamətində mühüm addımdır.
15:32 16.06.2026
Oxunuş sayı: 44