Böyük Britaniyadan Rusiyaya qarşı 43 maddəlik yeni sanksiya paketi
Birləşmiş Krallıq Rusiya ilə əlaqəli olduğu bildirilən qurumlara qarşı sanksiya siyahısını genişləndirib.
Crossmedia.az "Tass" xəbər agentliyinə istinadən xəbər verir ki, yeni paket 43 maddəni əhatə edir və siyahıya Çin, Türkiyə və Taylanddan olan şirkətlər də daxil edilib.
Sanksiyalar çərçivəsində həmçinin Yandex Bank, DB Bank və "Rosgosstrax" sığorta şirkəti də hədəf alınıb.
Bundan başqa, Rusiya ilə əlaqəli olduğu iddia edilən 27 gəmi, o cümlədən üç mayeləşdirilmiş təbii qaz tankeri sanksiya siyahısına salınıb.
Siyahıya həmçinin Londonun Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin əməkdaşı olaraq hesab etdiyi doqquz şəxs, eləcə də "Vyatich Bank" və "Eurofinance Mosnarbank" daxil edilib.
Yeni sanksiyalar paketi bir şirkətin Nigeriyadan, digərinin isə Laosdan olması ilə də genişləndirilib.
12:26 16.06.2026
Oxunuş sayı: 64