Böyük Britaniya Ukraynaya uran tədarük edəcək
Böyük Britaniya Ukraynanın atom elektrik stansiyalarının fəaliyyətini dəstəkləmək üçün zənginləşdirilmiş uran verəcək. Layihəyə təxminən 280 milyon dollar ayrılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, bu maliyyə dəstəyi “UK Export Finance” vasitəsilə təmin olunacaq və Britaniya şirkəti “Urenco” Ukraynanın “Enerqoatom” şirkətinə uran tədarük edəcək.
Razılaşma Böyük Britaniyanın Baş naziri Kir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdə əldə olunub.
Qeyd edilib ki, bu əməkdaşlıq 2023-cü ildən başlayan və 2035-ci ilə qədər nəzərdə tutulan uzunmüddətli müqavilənin davamıdır.
11:25 16.06.2026
Oxunuş sayı: 56