Netanyahu: Müharibə İran iqtisadiyyatına 1 trilyon dollar ziyan vurub
İsrailin Baş naziri Benjamin Netanyahu İranla qarşıdurmanın nəticələrinə dair açıqlamalar verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahu bildirib ki, döyüşlər İran iqtisadiyyatına təxminən 1 trilyon dollar ziyan vurub. O, həmçinin bəzi məsələlərdə ABŞ prezidenti Donald Tramp ilə fikir ayrılıqlarının mövcud olduğunu qeyd edib.
İsrail hökumət başçısı əlavə edib ki, həyata keçirilən əməliyyatın məqsədlərindən birinin İran rejimini devirmək olduğunu heç vaxt bəyan etməyib. Onun sözlərinə görə, əməliyyatın hədəfləri daha fərqli təhlükəsizlik məqsədlərinə yönəlib.
10:40 16.06.2026
Oxunuş sayı: 51