Tramp: neft ucuzlaşır, birja isə sürətlə yüksəlir
ABŞ Prezidenti Donald Tramp bildirib ki, dünya bazarında neft qiymətləri kəskin şəkildə azalır, eyni zamanda fond bazarı “raket kimi” yüksəlir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tramp həmçinin qeyd edib ki, vitse-prezident Cey Di Vens ABŞ və İran arasında imzalanacaq memorandumun imzalanma mərasimində iştirak edəcək.
Onun sözlərinə görə, ABŞ və İran arasında imzalanan memorandumun şərtləri yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.
09:50 16.06.2026
Oxunuş sayı: 45