Lukaşenko İsraili tənqid edib
Belarus Prezidenti Aleksandr Lukaşenko İsraili sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O bildirib ki, İsrailin “Holokost”la bağlı açıqlamaları ilə razılaşmır və hazırkı hərbi əməliyyatlar nəticəsində çoxlu sayda mülki şəxsin, xüsusilə qadın və uşaqların həlak olduğunu iddia edib.
Lukaşenko həmçinin Qəzza zolağında böyük dağıntıların baş verdiyini, ərazilərin “yer üzündən silindiyini” qeyd edib.
O əlavə edib ki, İsrail gələcək siyasətini yenidən düşünməli və mövcud vəziyyətlə bağlı ciddi qərarlar qəbul etməlidir. Əks halda, onun sözlərinə görə, hətta nüvə silahı da təhlükəsizliyi təmin etməyə kifayət etməyəcək.
09:22 16.06.2026
Oxunuş sayı: 55