Hizbullahdan İran-ABŞ razılaşmasına dəstək
Hizbullah İran və ABŞ arasında əldə olunan Anlaşma Memorandumu ilə bağlı rəsmi bəyanat yayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, təşkilat bəyanatında İran rəhbərliyini və xalqını əldə olunan razılaşma münasibətilə təbrik edib. Bildirilib ki, sözügedən sənəd Livan da daxil olmaqla müxtəlif bölgələrdə atəşkəsə nail olunması üçün əlverişli şərait yaradıb.
Hizbullah bəyan edib ki, Livanın ərazi bütövlüyünü, xalqını və dövlət suverenliyini müdafiə etmək hüququndan imtina etməyəcək. Təşkilat vurğulayıb ki, İsrail qüvvələri Livan ərazisindən tam çıxana və saxlanılan şəxslər azad edilənə qədər müqavimət hüququ qüvvədə qalacaq.
Bəyanatda həmçinin Livan hakimiyyəti mövcud siyasi və təhlükəsizlik şəraitini, eləcə də İsraillə aparılan danışıqları nəzərə alaraq öz strategiyasını və qərarlarını yenidən qiymətləndirməyə çağırılıb.
23:54 15.06.2026
Oxunuş sayı: 57