İrana yardım və sanksiyalarla bağlı şərtlər açıqlanıb
ABŞ və İran arasında davam edən gərginlik fonunda Vaşinqtonun mümkün addımları ilə bağlı yeni məlumatlar yayılıb.
Crossmedia.az-ın CNN Türk-ün ABŞ üzrə müxbiri Yunus Paksoyun yüksək rütbəli Amerika rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ İrana hər hansı maliyyə vəsaiti ayırmayıb.
Mənbələrin sözlərinə görə, İsrailin Livandakı hərbi mövcudluğunun dayandırılması hazırda müzakirə mövzusu deyil və bu məsələ gündəmdə yer almır.
Həmçinin, Hörmüz boğazından keçidlə bağlı hər hansı rüsumun tətbiqi nəzərdə tutulmur.
ABŞ rəsmiləri bildiriblər ki, İrana qarşı sanksiyaların ləğvi Tehranın atacağı addımlardan və öhdəliklərini necə yerinə yetirməsindən asılı olacaq.
Onların sözlərinə görə, İranın yenidən qurulması üçün 300 milyard dollar həcmində maliyyə dəstəyi imkanları müzakirə olunur, lakin bunun reallaşması İranın gələcək fəaliyyətindən asılıdır
23:49 15.06.2026
Oxunuş sayı: 56