Aİ Ermənistana yeni dəstək tədbirləri hazırlayır
Avropa İttifaqı (Aİ) Ermənistana iqtisadi və təhlükəsizlik sahələrində əlavə dəstək göstərməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Lüksemburqda keçirilən Xarici İşlər Şurasının iclasından sonra məlumat verib.
Onun sözlərinə görə, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüş zamanı ölkənin dayanıqlığının artırılması və Rusiyadan iqtisadi asılılığının azaldılması istiqamətində əlavə addımlar müzakirə olunub.
Kallas bildirib ki, Aİ Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətlərinin təsirlərini azaltmaq məqsədilə genişmiqyaslı iqtisadi yardım paketi üzərində işləyir.
O qeyd edib ki, Moskvanın iqtisadi təzyiqlərinə baxmayaraq, erməni seçicilərinin əksəriyyəti Aİ ilə yaxınlaşma siyasətini dəstəkləyib.
Bundan əlavə, kiberhücumlar, qanunsuz maliyyə axınları və digər təhlükəsizlik risklərinə qarşı mübarizə məqsədilə Aİ-nin yeni tərəfdaşlıq missiyasının yaxın vaxtlarda Ermənistanda fəaliyyətə başlayacağı açıqlanıb.
23:36 15.06.2026
Oxunuş sayı: 65