Rusiya təyyarəsi qəzaya uğrayıb
Tu-22M3 təyyarəsi İrkutsk vilayətində eniş edərkən qəzaya uğrayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, bombardmançı təyyarə planlaşdırılmış təlim uçuşu həyata keçirirmiş.
Ekipaj katapult edib və pilotların həyatı və sağlamlığı üçün heç bir təhlükə yoxdur.
22:40 15.06.2026
Oxunuş sayı: 49