Aİ Rusiyaya qarşı sanksiyalar tətbiq edib
Avropa İttifaqı(Aİ) Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib.
Crossmedia.az TASS-a istinadən xəbər verir.
Siyahıda Rusiyaya dost ölkələrdən olanlar da daxil olmaqla 80-dən çox şəxs və təşkilat var.
Qeyd edilib ki, bu sanksiyalar əsas iqtisadi paketlərə əlavədir. Çünki Aİ hələ 21-ci sanksiya paketi barədə razılığa gəlməyib.
Bu siyahılardakı bütün şəxslərin təşkilata girişi qadağandır və onların Aİ ölkələrindəki aktivləri bloklanacaq.
Avropa təşkilatlarına siyahılarda yer alan hüquqi şəxslərlə hər hansı əlaqə saxlamaq qadağandır.
22:10 15.06.2026
Oxunuş sayı: 50