Lukaşenko: Belarus hər zaman müharibəyə hazırlaşır
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin hər zaman mümkün müharibə ssenarilərinə hazırlaşdığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bəzi ölkələrdə müdafiə strukturları “hərbi nazirliklər” kimi fəaliyyət göstərir, lakin Belarusun yanaşması fərqlidir:
“Biz həmişə müharibəyə hazırlaşırıq ki, müharibə olmasın. Digər ölkələrdə isə, məsələn ABŞ-da, bu qurumlar hər gün döyüşmək üçün mövcuddur,” — deyə Lukaşenko vurğulayıb.
Dövlət başçısı bu fikirləri müdafiə siyasəti və beynəlxalq təhlükəsizlik məsələlərinə dair çıxışı zamanı səsləndirib.
21:30 15.06.2026
Oxunuş sayı: 54