İraqdan Tehran-Vaşinqton razılaşmasına dəstək
İraq hökuməti Tehran və Vaşinqton arasında əldə olunan razılaşmanı alqışlayıb və bunun qlobal neft və qaz bazarlarında sabitliyin təmin olunmasına müsbət təsir göstərəcəyini bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İraq Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, ölkə İran və ABŞ arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunu dəstəkləyir və böhranların həllində dialoqla diplomatik vasitələrə üstünlük verilməsini vacib hesab edir.
Rəsmi Bağdad ümid etdiyini bildirib ki, Tehran və Vaşinqton arasında əldə olunan razılaşmalar regionda müharibə vəziyyətinin tamamilə aradan qalxmasına töhfə verəcək.
Nazirlik həmçinin vurğulayıb ki, Hörmüz boğazı üzərindən sərbəst gəmiçiliyin bərpası və boğazın yaxın vaxtlarda tam fəaliyyətə başlaması dünya bazarlarına neft və qaz tədarükünün fasiləsiz həyata keçirilməsinə şərait yaradacaq.
İraq tərəfinin fikrincə, bu addım beynəlxalq enerji bazarlarında sabitliyin möhkəmlənməsinə və qlobal iqtisadiyyat üçün risklərin azalmasına kömək edəcək.
18:50 15.06.2026
Oxunuş sayı: 55