ABŞ və İran arasında birbaşa danışıqlar başlayıb
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqton artıq İran hakimiyyəti ilə vasitəçilər olmadan birbaşa danışıqlar aparır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, tərəflər əvvəlki kimi qeyri-rəsmi kanallar vasitəsilə mesaj ötürmək əvəzinə, indi birbaşa təmas qurublar. Vens qeyd edib ki, bu format danışıqların daha sürətli və effektiv aparılmasına imkan verəcək.
ABŞ rəsmisi vurğulayıb ki, birbaşa ünsiyyət tərəflərə qarşı tərəfin mövqeyini daha yaxşı anlamağa şərait yaradır. Onun sözlərinə görə, bu yolla hansı məsələlərin real, hansılarının isə formal xarakter daşıdığını müəyyən etmək daha asan olur.
Vitse-prezident əlavə edib ki, birbaşa təmaslar İranın hansı məsələlərə ciddi yanaşdığını daha aydın görməyə imkan verir və bu da danışıqlar prosesinin səmərəliliyini artırır.
18:40 15.06.2026
Oxunuş sayı: 42