Ben-Qvir: Trampın razılaşması İsrail üçün öhdəlik yaratmır
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ABŞ və İran arasında əldə olunduğu bildirilən razılaşmaya münasibət bildirib.
Crossmedia.az-ın məlumatına görə, Ben-Qvir “X” sosial şəbəkə hesabında paylaşım edərək qeyd edib ki, ABŞ prezidenti Donald Trampın açıqladığı mümkün razılaşma İsrail üçün məcburi xarakter daşımır.
“İsrail ABŞ-yə tabe deyil və müstəqil, suveren dövlətdir. Biz ABŞ-ni sevirik və prezident Trampa minnətdarıq. Bununla belə, İsrail dövləti banan respublikası deyil”, – deyə nazir vurğulayıb.
O bildirib ki, İsrail öz təhlükəsizliyini riskə ata biləcək heç bir razılaşmanın tərəfi olmayacaq və belə sənədlər ölkəni öhdəlik altına sala bilməz.
Ben-Qvir, həmçinin Hizbullaha qarşı sərt mövqeyini təkrarlayaraq, təşkilatın tamamilə məhv edilməli olduğunu da əlavə edib.
17:46 15.06.2026
Oxunuş sayı: 54