ABŞ–İran razılaşmasının taleyi üç əsas şərtdən asılıdır
ABŞ və İran arasında əldə oluna biləcək razılaşma uzunmüddətli perspektiv baxımından hələ də suallar doğurur.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” nəşrinin yazdığına görə, tərəflərə yekun anlaşma üzərində işləmək üçün 60 günlük vaxt qazandıran memorandum mühüm addım olsa da, prosesin gələcəyi bir sıra kritik məsələlərdən asılıdır.
Nəşrin məlumatına görə, razılaşmanın əsas istiqamətlərindən biri Hörmüz boğazının yenidən açılmasıdır. Bu addımın qlobal enerji və ticarət axınlarına ciddi təsir göstərəcəyi bildirilir.
Digər vacib bənd isə ABŞ tərəfindən İran gəmilərinə tətbiq edilən dəniz blokadasının ləğvi ilə bağlıdır və bu, gərginliyin azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Qəzetin təhlilinə əsasən, ən böyük qeyri-müəyyənlik İsrail faktorudur. İsrail ordusunun regionda, xüsusilə Livandakı əməliyyatları Tehranın mövqeyinə təsir edən əsas risklərdən biri kimi göstərilir.
17:41 15.06.2026
Oxunuş sayı: 42