Yanacaq çatışmazlığına görə benzinin keyfiyyəti endirildi
Rusiyanın neft emalı zavodlarına yanacaq qıtlığı fonunda daha aşağı keyfiyyətli benzin istehsalına icazə verilib.
Crossmedia.az xəbər verir ki, “Komersant” qəzetinin məlumatına görə, Rusiya hökuməti bəzi neft emalı zavodlarına daxili bazar üçün “Avro-5” standartından kənarlaşmalarla benzin və dizel yanacağı istehsal etməyə icazə verib. Bu kənarlaşmalar əsasən kükürd və digər göstəricilərlə bağlıdır.
Məlumata əsasən, standartdan aşağı keyfiyyətdə olan yanacaq yalnız daxili bazar üçün nəzərdə tutulur.
Ekspertlər bu addımın qismən yerli yanacaq qıtlığını azaltmağa kömək edə biləcəyini bildirsələr də, bunun müasir avtomobillər üçün risklər yarada biləcəyi qeyd olunur. Eyni zamanda bölgələrə yanacaq çatdırılması ilə bağlı logistika problemlərinin də davam etdiyi vurğulanır.
14:02 15.06.2026
Oxunuş sayı: 51