İsrail nazirindən sərt mesaj: Müstəqil və suveren dövlətik
Itamar Ben-Qvir İsrailin ABŞ-a tabe olmadığını və ölkəsinin müstəqil siyasət yürüdən suveren dövlət olduğunu bildirib.
Crossmedia.az nazirin X sosial şəbəkə platformasında paylaşdığı məlumata istinadən xəbər verir ki, ABŞ ilə bağlı hər hansı razılaşmanın Israil üçün öhdəlik yaratmadığını vurğulayıb.
Ben-Qvir qeyd edib ki, sözdə “Tramp müqaviləsi” İsraili bağlamır və ölkə təhlükəsizliyi üçün qəbul edilməyən heç bir razılaşmanın tərəfi olmayacaqlarını bildirib.
O həmçinin Hizbollah məsələsinə toxunaraq, təşkilatın tərksilah edilməsinin vacibliyini vurğulayıb və İsrail qüvvələrinin mövqelərindən geri çəkilməsinin mümkün olmadığını deyib.
Nazir əlavə edib ki, İsrail təhlükəsizliyinə qarşı təhdidlərə cavab verməkdə davam edəcək və ölkənin atəş altında susmayacağını bildirib.
12:54 15.06.2026
Oxunuş sayı: 42