G7 sammitində Ukrayna və Rusiya arasında mümkün danışıqların şərtləri müzakirə olunacaq – media
G7 sammiti çərçivəsində Ukrayna ilə Rusiya arasında gələcək danışıqların şərtləri müzakirə ediləcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampla birlikdə Kiyev və Moskva arasında mümkün danışıqlar prosesinə dair beş əsas prinsip üzrə fikir mübadiləsi aparacağı bildirilir.
Avropada hesab edilir ki, hazırda diplomatiya üçün “imkan pəncərəsi” açıla bilər. Buna səbəb kimi Ukraynanın mövqeyinin güclənməsi və Rusiyanın hərbi yolla məqsədlərinə tam nail ola bilməməsi göstərilir.
Mümkün danışıqlar formatı kimi Ukrayna, Rusiya, ABŞ və Avropa nümayəndələrinin eyni masa arxasında toplaşması variantı nəzərdən keçirilir.
Bununla belə, Avropa İttifaqı ölkələri hələ də mümkün danışıqlarda Avropanı kimin təmsil edəcəyi ilə bağlı yekun qərar qəbul etməyib.
21:34 14.06.2026
Oxunuş sayı: 65