Putinin bu addımı Trampı təsirləndirdi
Rusiya Prezidenti Vladimir Putin həmkarı Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib. Məlumata görə, iki lider arasında baş tutan telefon danışığı 55 dəqiqə davam edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Tramp bu təbrikdən təsirlənib. Onun sözlərinə görə, Putin Ağ Evə zəng edən ilk xarici dövlət başçısı olub.
Danışıq zamanı tərəflər beynəlxalq gündəmdə duran əsas məsələləri, eləcə də iki ölkə arasında mümkün gələcək təmasları müzakirə ediblər.
Telefon söhbəti zamanı Donald Tramp da öz növbəsində Vladimir Putini geridə qalan Rusiya Günü münasibətilə təbrik edib və həyat yoldaşı Melaniya Trampın salamlarını çatdırıb.
Bundan əlavə, görüş zamanı ABŞ-dən danışıqlar aparan nümayəndələr Kuşner və Uitkoffun yaxın vaxtlarda Rusiyaya səfər edəcəyi barədə məlumat verilib.
20:10 14.06.2026
Oxunuş sayı: 60