Qalibaf: Danışmağa əsas qalmayıb
Bu gün İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İsrailin Livanın cənubuna hücumuna görə ABŞ-ni tənqid edərək sərt açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Qalibaf “X” hesabında paylaşım edib: "İsrailin son hərəkətləri ABŞ-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmədiyini və ya buna qadir olmadığını göstərir".
O, tərəflərin müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışdığını iddia edərək deyib:“Yaşıl işıq yandırmaqla bəhanələrə nail ola bilməzsiniz. Pis polis və yaxşı polis oyunu artıq köhnəlib”.
Qalibaf əlavə edib ki, əgər qarşı tərəfdə öhdəlikləri yerinə yetirmək üçün iradə və ya imkan yoxdursa, danışıqların davam etdirilməsinin də mənası qalmır.
18:58 14.06.2026
Oxunuş sayı: 54