Livan cəbhəsində döyüşlər yenidən şiddətləndi
İsrail ordusu Hizbullah Livanın cənubundakı 29 şəhər və kəndin sakinlərinə təxliyə çağırışı edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, xəbərdarlıq Hizbullahın həyata keçirdiyi dron hücumlarından sonra verilib. İsrail ordusu bölgədə hərbi əməliyyatların genişlənə biləcəyi ehtimalını əsas gətirərək mülki əhalini təhlükəli əraziləri tərk etməyə çağırıb.
Hadisə ABŞ prezidenti Donald Trampın İran və ABŞ arasında mümkün razılaşmanın imzalana biləcəyini bəyan etdiyi günə təsadüf edib.
Diplomatik səylərin davam etməsinə baxmayaraq, İsrail–Hizbullah cəbhəsində gərginliyin azalmadığı, əksinə son saatlarda döyüşlərin daha da intensivləşdiyi bildirilir.
18:54 14.06.2026
Oxunuş sayı: 70