İran- ABŞ memorandumunun əsas detalları açıqlandı
İran və ABŞ arasında müzakirə olunan memorandumun əsas müddəələri açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bağir Qalibafın müşaviri Mehdi Məhəmmədi məlumat verib.
Onun sözlərinə görə, sənəd bir neçə əsas istiqaməti əhatə edir. Bunlara hərbi əməliyyatların dayandırılması və tərəflər arasında qarşılıqlı təhlükəsizlik zəmanətlərinin təmin olunması daxildir.
Memorandumda, həmçinin İranın bəzi xarici aktivlərinin blokdan çıxarılması və müəyyən sanksiyaların yumşaldılması nəzərdə tutulur.
Sənədin digər müddəaları arasında dəniz ticarətinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması, gəmiçiliyin normallaşdırılması və nüvə proqramı ilə bağlı məsələlərin danışıqların növbəti mərhələsində müzakirəsi yer alır.
Mehdi Məhəmmədi bildirib ki, gələcək mərhələlərdə sanksiyaların tam ləğvi və mümkün kompensasiya mexanizmlərinin yaradılması məsələləri də nəzərdən keçirilə bilər.
18:45 14.06.2026
Oxunuş sayı: 64