Millimiz Avropa Liqasında İspaniyaya qarşı oynayacaq
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasının İspaniyanın Alikante şəhərində təşkil olunan mərhələsində növbəti matçına bu gün çıxacaq.
Crossmedia.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv İspaniya ilə üz-üzə gələcək.
Qarşılaşma 20:00-da start götürəcək.
Qeyd edək ki, komanda ötən gün baş tutan matçda Şimali Makedoniyanı 3:0 hesabı ilə məğlub edib.
09:39 14.06.2026
Oxunuş sayı: 53