Ermənistan istixana məhsullarının ixrac olunduğu ölkələri açıqlayıb
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Rusiyaya idxal məhdudiyyətləri fonunda istixana məhsullarının ixrac edildiyi ölkələrin adlarını açıqlayıb.
Ceossmedia.az xəbər verir ki , bu barədə xarici media məlumat verib.
Nazir parlamentdə çıxışı zamanı bildirib ki, məhsullar Gürcüstan, Ukrayna, Yunanıstan, Qazaxıstan və digər ölkələrə ixrac olunur.
Onun sözlərinə görə, ixrac prosesi uzunmüddətlidir və hökumət daha böyük həcmdə tədarüklər gözləyir.
“Bu sahədə heç bir məhdudiyyət yoxdur. Nə qədər çox ixrac həyata keçirilərsə, bir o qədər çox subsidiya ayrılacaq”, – Papoyan bildirib.
Nazir əlavə edib ki, Ermənistan hökuməti bu gün istixanalardan kənarda yetişdirilən tərəvəz və meyvələr də daxil olmaqla digər kənd təsərrüfatı məhsullarının ixracının subsidiyalaşdırılması ilə bağlı yeni qərar qəbul edəcək
12:11 11.06.2026
Oxunuş sayı: 44