Türkiyə Hörmuz boğazına alternativ marşrut planlaşdırır
Türkiyə və Səudiyyə Ərəbistanı nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə iki anlaşma memorandumu imzalayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Razılaşma çərçivəsində müasir Hicaz dəmir yolunun bərpası planı irəli sürülür. Layihənin Səudiyyə Ərəbistanını İordaniya və Suriya üzərindən Türkiyə ilə birləşdirməsi nəzərdə tutulur.
Uzunmüddətli perspektivdə isə marşrutun Oman və Hind okeanı istiqamətində uzadılması planlaşdırılır. Bu layihənin Hörmüz boğazından keçən ənənəvi ticarət yoluna alternativ yaratması hədəflənir.
Layihə regionda ticarət və tranzit imkanlarını artırmaqla yanaşı, strateji logistika xəritəsində mühüm dəyişikliklər yarada bilər.
18:56 09.06.2026
Oxunuş sayı: 56