Xameneyinin dəfn mərasiminin tarixi açıqlandı
İranın ali rəhbəri Əli Xamenei ilə bağlı dəfn mərasiminin keçirilməsi haqqında yayılan məlumatlar sosial şəbəkələrdə geniş müzakirə doğurub.
Crossmedia.az IRNA-ya istinadən xəbər verir ki, Əli Xamenei üçün vida və dəfn mərasimlərinin Aşura günlərindən sonra təşkil olunması planlaşdırılır. Məlumata əsasən, mərasimlərin 25–26 iyun tarixlərindən dərhal sonra baş tutacağı bildirilir.
Aşura şiə müsəlmanları üçün ən mühüm matəm günlərindən biri hesab olunur və bu gün Kərbəla hadisəsində İmam Hüseyn və onun yaxınlarının şəhid edilməsi anılır.
Qeyd edək ki, bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib və hazırda iddia xarakteri daşıyır.
18:42 09.06.2026
Oxunuş sayı: 49