Qaqik Tsarukyana qarşı cinayət işi açılıb
Ermənistan Baş Prokurorluğu “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyana qarşı ictimai cinayət təqibinə başladığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Qurumdan verilən məlumata görə, iş Ermənistan Cinayət Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinin 2-ci bəndi üzrə – xüsusilə külli miqdarda vergi ödəməkdən yayınma faktı ilə bağlı açılıb.
Məlumata əsasən, Qaqik Tsarukyana ölkəni tərk etməmək qadağası da tətbiq olunub.
17:20 09.06.2026
Oxunuş sayı: 50