Özbəkistan milli komandası ABŞ-da sərt yoxlamadan keçirilib
ABŞ-də Dünya Kuboku öncəsi turnir iştirakçılarına münasibətlə bağlı müzakirələr yaranıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media xəbər verir.
Nyu-Yorka Hollandiya ilə yoldaşlıq oyunu üçün gələn Özbəkistan milli komandasının futbolçuları, o cümlədən iyləyici itlərin iştirakı ilə gücləndirilmiş yoxlamadan keçiblər. Lakin eyni cür yoxlamaların Hollandiya yığmasına tətbiq olunmadığı bildirilib.
Mediada yayılan məlumatlara görə, Seneqal milli komandasının futbolçuları da oxşar sərt prosedurlarla üzləşiblər. Bundan başqa, somalili hakim Ömər Artanın ABŞ-a girişinə icazə verilməməsi də müzakirələrə səbəb olub.
Hadisələr turnir öncəsi ABŞ-da təhlükəsizlik və giriş prosedurları ilə bağlı sualları gündəmə gətirib.
17:00 09.06.2026
Oxunuş sayı: 55