İran–ABŞ münasibətlərində dönüş nöqtəsi yaxınlaşır? – Keçmiş diplomatdan açıqlama
İranın keçmiş diplomatı və Ali Milli Təhlükəsizlik Şurasının sabiq üzvü Hüseyn Musəvian “X” hesabında regionda baş verən son proseslər və İran–ABŞ münasibətləri ilə bağlı fikirlərini paylaşıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media xəbər yayıb. Musəvian bildirib ki, Pakistandan İrana xüsusi mesaj çatdırılıb və bu mesajın Tehran ilə Vaşinqton arasında danışıqlarda qalan problemlərin həllinə yönəldiyi ehtimal olunur.
Onun sözlərinə görə, İsrail Livanda atəşkəsi pozaraq Beyrut və Dəhiyyəyə hücum edib, İran isə buna cavab olaraq İsrailə zərbələr endirib. Musəvian qeyd edib ki, İran ABŞ hərbi bazalarını və ya Fars körfəzi ölkələrini hədəfə almayıb.
O, Birləşmiş Ərəb Əmirliklərindən özəl təyyarənin Mehrabad hava limanına enməsi barədə yayılan məlumatlara da toxunaraq bunun diplomatik məqsədli işgüzar səfər ola biləcəyini istisna etməyib.
16:53 09.06.2026
Oxunuş sayı: 48