Taliban mobil telefonları qadağan etdi
Əfqanıstanda hakimiyyətdə olan Taliban dövlət və hökumət işçilərinə mobil telefonlardan istifadəni qadağan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə verilən məlumata görə, yeni şifahi əmr təşkilat rəhbərliyi tərəfindən qəbul olunub.
Bildirilir ki, qadağa Taliban lideri Hibatullah Axundzadə tərəfindən verilib və qaydanı pozanların “cinayətkar” kimi qiymətləndiriləcəyi, cəzalandırılacağı qeyd olunub.
Məlumata əsasən, göstəriş Taliban Ədliyyə Nazirliyi vasitəsilə ölkənin səkkiz bölgəsində yerləşən hərbi məhkəmələrə çatdırılıb. İcranın nəzarəti üçün məsul şəxslərin siyahısının hazırlandığı da bildirilir.
Qeyd edək ki, Taliban bundan əvvəl də Taliban Təhsil Nazirliyi vasitəsilə məktəblərdə və dini təhsil müəssisələrində smartfon istifadəsini qadağan etmişdi. Rəsmilər telefonları “müsəlmanların üç əsas düşmənindən biri” kimi xarakterizə etmişdilər.
14:42 09.06.2026
Oxunuş sayı: 57