Tramp: Bütün qərarları mən verirəm
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın İsrailə son hücumu Vaşinqton və Tehran arasında davam edən danışıqlara təsir etməyəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp vurğulayıb ki, İsrailin baş naziri Benyamin Netanyahu İranla mümkün razılaşmanı qəbul etməkdən başqa seçimə malik deyil.
“Bütün qərarları mən verirəm. Netanyahu qərar verən deyil”, — deyə ABŞ prezidenti qeyd edib.
Trampın açıqlamaları İran–İsrail gərginliyi və Vaşinqtonla Tehran arasında mümkün diplomatik proseslərlə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.
13:48 09.06.2026
Oxunuş sayı: 51