Parlament uğrunda mübarizə: Tsarukyan nəticələrə etiraz edib
Ermənistanda iş adamı və siyasətçi Qagik Tsarukyanın rəhbərlik etdiyi siyasi qüvvə ilə bağlı yeni iddialar gündəmə gəlib.
Crossmedia.az erməni KİV-nə istinadən xəbər verir ki, Tsarukyan Nikol Paşinyanın ona rüşvət verməyə cəhd etdiyini və “psevdo müxalifət” rolunda çıxış etməyi təklif etdiyini iddia edib.
Məlumata görə, Tsarukyan bu təklifi qəbul etməyib. Bundan sonra Mərkəzi Seçki Komissiyasının səsləri yenidən hesabladığı və onun partiyasının parlamentə düşmək üçün tələb olunan həddi 0,004 faiz fərqlə keçə bilmədiyi bildirilib.
Qagik Tsarukyan nəticələrlə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib. İddialara görə, sonradan çatışmayan səslər aşkarlanıb və hazırda nəticələrin apellyasiya prosesi davam edir.
Erməni KİV-nin yazdığına görə, Tsarukyanın partiyasının parlamentə daxil olması Nikol Paşinyanın konstitusiya çoxluğunu itirməsinə səbəb ola və hökumətin qərarları təkbaşına qəbul etməsini çətinləşdirə bilər.
Qeyd edək ki, bu iddialarla bağlı hələlik rəsmi təsdiq verilməyib.
13:40 09.06.2026
Oxunuş sayı: 62