İranın paylaşımı sosial şəbəkələrdə narazılıq yaratdı
İranın Livandakı səfirliyinin sosial şəbəkədə etdiyi paylaşım geniş müzakirələrə və narazılığa səbəb olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, səfirliyin “X” platformasındakı paylaşımında iki ölkənin əlaqəli taleyinə işarə edilərək xəritə üzərində “Livan İranın ürəyidir” ifadəsi yer alıb.
Məlumata görə, paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqidlə qarşılanıb. Bəzi istifadəçilər İranı Livanda gərginliyin artmasına səbəb olmaqda və ölkəyə “xaos gətirməkdə” ittiham ediblər.
Digər şərhçilər isə Tehranın Livanın daxili işlərinə qarışmamasını tələb edərək, ölkənin suverenliyinə hörmət göstərilməsinin vacibliyini vurğulayıblar.
Paylaşım ətrafında yaranan müzakirələr regionda mövcud olan həssas siyasi vəziyyəti və İranın Livandakı rolu ilə bağlı fikir ayrılıqlarını yenidən gündəmə gətirib.
13:12 09.06.2026
Oxunuş sayı: 78