Erməni patriarxı Ərdoğanla görüşdü
Konstantinopolun erməni apostol patriarxı, arxiyepiskop Sahak Maşalyan Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ilə mətbuata qapalı görüş keçirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə erməni diasporunu narahat edən bir sıra məsələlər müzakirə olunub.
Yepiskopluğun mətbuat xidmətinin məlumatına əsasən, görüşdə Türkiyənin hakim partiyasından olan erməni əsilli millət vəkili Sevan Sıvacıoğlu, ədliyyə naziri Akın Gürlek və mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da iştirak ediblər.
Görüş zamanı arxiyepiskop Maşalyan İskəndərundakı Müqəddəs Qırx Günahsız və Diyarbəkirdəki Müqəddəs Sarkis kilsələrinin bərpası məsələsini Türkiyə prezidentinin diqqətinə çatdırıb.
Müzakirələrin əsas mövzularından biri də Türkiyədəki erməni icmasının və diaspor nümayəndələrinin narahatlıq doğuran məsələləri olub.
12:37 09.06.2026
Oxunuş sayı: 72