Zelenskidən Rusiyaya ağır zərbə: Təşəbbüs əldən gedir
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində döyüş meydanındakı vəziyyətə münasibət bildirib.
Crossmedia.az-ın məlumatına görə, o qeyd edib ki, hazırda Rusiyanın müharibədə məğlub olduğunu demək mümkün olmasa da, Rusiya ordusu cəbhədə təşəbbüsü getdikcə itirir.
“Rusiyanın bu gün məğlub olduğunu deyə bilmərik. Lakin görürük ki, onlar hər gün təşəbbüsü itirirlər. Rusiya böyük itkilər verir – on minlərlə hərbçi həlak olub və ya ağır yaralanıb. Onlar bu müharibədə qalib gəlmirlər. Bu, onlar üçün tarixlərinin daha bir faciəli səhifəsidir və artıq onların tərəfindən nikbinlik müşahidə edilmir”, – Zelenski bildirib.
12:55 09.06.2026
Oxunuş sayı: 59