Beynəlxalq Cinayət Məhkəməsində qalmaqal: Karim Xanla bağlı ağır ittiham
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Karim Khan müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, qərar BMT Daxili Nəzarət Xidmətləri İdarəsi tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna Tərəf Dövlətlər Assambleyasının Bürosu tərəfindən qəbul edilib.
Məlumata görə, kənarlaşdırma qərarının əsas səbəblərindən biri kimi ona qarşı irəli sürülən cinsi təcavüz ittihamları göstərilir.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi son illərdə beynəlxalq diqqət mərkəzində olan bir sıra işlərlə, o cümlədən Rusiya Prezidenti Vladimir Putinə qarşı həbs orderi ilə gündəmə gəlmişdi.
12:10 09.06.2026
Oxunuş sayı: 46