Rubio: ABŞ Ermənistanla əməkdaşlığın genişləndirməkdə maraqlıdır
ABŞ-nin dövlət katibi Marko Rubio Ermənistanın baş naziri Nikol Paşinyan ilə telefon danışığı apararaq onu seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O bildirib ki, ABŞ Ermənistanın sülhə nail olmaq istiqamətində atdığı addımları dəstəkləyir. O, həmçinin Vaşinqton sammitində müəyyən edilmiş məqsədlərin, o cümlədən TRIPP layihəsinin həyata keçirilməsinin təşviq ediləcəyini vurğulayıb.
Dövlət katibi ABŞ-nin Ermənistanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu və regionda sabitliyin möhkəmləndirilməsinə dəstəyini davam etdirəcəyini qeyd edib.
10:52 09.06.2026
Oxunuş sayı: 74