İtaliya prokurorluğu İsrail nazirinə qarşı araşdırmaya başlayıb
İtaliya prokurorluğu İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Gvir barəsində araşdırmaya başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Araşdırmaya səbəb ötən ay Qəzza zolağına doğru hərəkət edən humanitar yardım flotiliyasının üzvlərinin alçaldıldığını əks etdirən videomaterial olub.
İddialara görə, görüntülərdə humanitar fəalların təhqir və alçaldıcı rəftara məruz qalması əks olunub. İtaliya hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır.
10:27 09.06.2026
Oxunuş sayı: 56