ABŞ-nin İran planı açıqlandı- İsrail kənarda qalır?
ABŞ administrasiyası İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etmək niyyətində olduğunu bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens açıqlama verib.
Onun sözlərinə görə, Vaşinqton İran məsələsində öz milli maraqlarını rəhbər tutur və bu istiqamətdə diplomatik həllə nail olmağa çalışır.
“İsrail bunu bəyənə də, istəməyə də bilər, lakin biz bunun ABŞ-nin maraqlarına uyğun olduğuna inanırıq”, – deyə Vens bildirib.
ABŞ rəsmisi vurğulayıb ki, Vaşinqtonun İrana münasibətdə əsas məqsədi ölkənin nüvə silahı əldə etməsinin qarşısını almaqdır. O, qeyd edib ki, mümkün razılaşma da məhz bu məqsədə xidmət etməlidir.
10:35 09.06.2026
Oxunuş sayı: 56