Rusiya- Ukrayna müharibəsi Şimali Koreya iqtisadiyyatının böyüməsinə təkan verib
Rusiya- Ukrayna müharibəsi Şimali Koreya iqtisadiyyatının son illərdə ən yaxşı dövrünü yaşamasına kömək edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Şimali Koreya Rusiyaya silah tədarükü, hərbi personal göndərilməsi, Çinin dəstəyi və beynəlxalq sanksiyaların qismən aşılması hesabına iqtisadi vəziyyətini yaxşılaşdırıb.
Məlumatda qeyd olunur ki, son illərdə Pxenyanda taksi xidmətləri, QR-kod vasitəsilə mobil ödəniş sistemləri, Çin istehsalı olan elektromobillər, pizza restoranları və BMW avtomobil salonları fəaliyyətə başlayıb.
10:17 09.06.2026
Oxunuş sayı: 64