Zelenski Ermənistandakı seçkilərdən sonra Paşinyana müraciət etdi
Ukrayna prezidenti Volodimir Zelenski Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.
O, iki ölkə arasında əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, siyasətçi bu barədə özünün X sosial media səhifəsində yazıb.
"Ermənistanı demokratik və azad seçkilər keçirdiyinə görə, Paşinyanı isə qələbəsi münasibətilə təbrik edirəm. Ukrayna əməkdaşlığımızı genişləndirməyə hazırdır", - deyə siyasətçi yazıb.
Zelenski səsvermənin nəticələrini Ermənistanın suverenliyi üçün qələbə və sizin müstəqilliyiniz adlandıraraq, daha böyük uğurlar arzulayıb.
Ukrayna lideri, həmçinin Avropa İttifaqını İrəvama real dəstək göstərməyə və insanların Brüssel ilə əməkdaşlıq yolu ilə daha yaxşı həyat sürdüklərini hiss etmələri üçün mümkün olan hər şeyi etməyə çağırıb.
18:14 08.06.2026
Oxunuş sayı: 49