Venesuela nümayəndə heyəti Türkiyəyə səfər edib
Venesuelanın vitse-prezidenti və dövlət başçısının səlahiyyətlərini icra edən Delsi Rodriqes Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki aşağı, Delsi Rodriqesi İstanbul hava limanında Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar qarşılayıb.
Belə ki, səfər çərçivəsində neft, təbii qaz, qızıl hasilatı və turizm sahələrində əməkdaşlığın inkişafı ilə bağlı danışıqların aparılması nəzərdə tutulur.
Həmçinin Delsi Rodriqesin Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.
17:40 08.06.2026
Oxunuş sayı: 52